20.05.2020
Şəki şəhər Mədəniyyət Mərkəzi Qaradağlı kənd diyarşünaslıq klubunun könüllüləri “#aztəminatlıailələrədəstəkolaq” aksiyasına qoşularaq, sosial yardıma ehtiyacı olan kənd sakinlərinə baş çəkib, onlara kollektiv adından maddi yardım olaraq ərzaq və gigiyenik vasitələr çatdırıblar.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.