18.05.2020
Dünyada mövcud olan COVİD-19 pandemiyası səbəbi ilə ölkəmizdə elan olunmuş karantin rejimi dövründə Zaqatala rayon Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif müsabiqələr təşkil olunmuşdur.
Mərkəzin nəzdində fəaliyyət göstərən “zaqatalasinema” səhifəsində də insanalar arasında müəyyən pozitiv abu-havanın yaradılması məqsədilə mart ayının 25-də “#evdəsəsinidinlət” həştəqi altında onlayn şeir və mahnı müsabiqəsinə start verilmişdir. 15 may tarixində sonlandırılan müsabiqəyə 42 iştirakçı qatılmışdır. Yarışmaçılardan Fidan Mikanayeva 78 səslə 1-ci yerə layiq görülmüşdür.
Müsabiqənin qalibi hazırda mövcud olan karantin rejimi bitdikdən sonra mükafatlandırılacaq.