18.05.2020
Zaqatala rayon Maqov kənd Folklor evinin könüllüləri "#aztəminatlıailələrədəstəkolaq" aksiyasına qoşularaq, sosial yardıma ehtiyacı olan kənd sakinləri, Ariyeva Sevinc, Ariyev Məmmədrəsul və Kərimova Xacayə baş çəkib, onlara kollektiv adından maddi yardım olaraq ərzaq və gigiyenik vasitələr çatdırıblar.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.