Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Uşaq İncəsənət Məktəbindən aztəminatlı ailələrə maddi yardımlar göstərilir

14.05.2020

Şəki Regional Mədəniyyət İdarəsinin kollektivləri tərəfindən ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha, ahıl şəxslərin və aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi köməyin göstərilməsinə diqqət daha da artırılıb.

Bu baxımdan Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin könüllüləri "#aztəminatlıailələrədəstəkolaq" və  "#sizhəmişəbizimləsiz" kampaniyaları çərçivəsində sosial yardıma ehtiyacı olan rayon sakinləri Aygün Daşdəmirovaya, Aynurə Abdurahmonovaya, Azər Əfəndiyevə və ahıl yaşlı, əvvəllər məktəbin müəllimi olmuş Sevil Süleymanovaya baş çəkib, onlara kollektiv adından maddi yardım olaraq, zəruri ərzaqlar və gigiyenik vasitələr çatdırıblar.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.