14.05.2020
Qax rayon Qaşqaçay kənd folklor evinin könüllüləri #ahıllaradəstəkolaq kampaniyasına qoşularaq, sosial yardıma ehtiyacı olan Qaşqaçay kənd sakinləri, 1- ci qrup gözdən əlil Fərhad Poladova, 2- ci qrup əlil Nazlı Qafulovaya, 1 qrup əlil Həqiqəqt Atayevaya, 76 yaşlı Nazilə Abbasovaya və 66 yaşlı Tahirə Kərimovaya baş çəkib, onlara kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.