13.05.2020
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət olunmaqla Zaqatalada “Evdə qal!” devizi ilə təşkil edilən sosial aksiya çərçivəsində aztəminatlı ailələrə yardım aksiyası davam edir.
Növbəti aksiya zamanı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon Komitəsinin və Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20-dən çox aztəminatlı ailəyə zəruri ərzaq məhsullarından ibarət bağlamalar paylanılıb.
Aksiyadan yararlanan sakinlər ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, onalara göstərilən diqqət və qayğıya görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.