Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tanınmış ifaçısı Eldəniz Məmmədov onlayn solo konsertlə çıxış edib

07.05.2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində olan rayonların uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri öz fəaliyyətlərini onlayn qaydada davam etdirirlər.

Mayın 6-da tanınmış qarmon ifaçısı, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Eldəniz Məmmədov onlayn solo konsertlə çıxış edib.

“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Sənətinlədəstəklə” layihələri çərçivəsində keçirilən konsertdə izləyicilərə “FACEBOOK” sosial şəbəkəsi üzərindən bəstəkar mahnıları, rəqslər və muğamlardan ibarət canlı  ifalar təqdim olunub.