06.03.2018
6 mart 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Xalq kollektivi “Göyçək Fatma” tamaşası ilə Şəki əhalisinin qarşısında çıxış etmişdir. Uşaqdan-böyüyə hamının izləyə biləcəyi tamaşa maraqla qarşılandı. Qəbələ rayonundan gəlmiş qonaqlar göstərilmiş diqqət və qayğıya görə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisinə və kollektivinə öz minnətdarlıqlarını bildirdilər.