06.05.2020
Qax Rayon Uşaq İncəsənət məktəbinin direktoru Xatirə İmamova və məktəbin könüllüləri “#aztəminatlıailələrədəstəkolaq” kampaniyası çərçivəsində 10 aztəminatlı ailəyə pul paketi, 5 ailəyə ət sovqatı, rayon sakinləri İlhamə Osmanovaya, Əminə Nəzirovaya, Kifayət Süleymanovaya, şəhid ailəsi Elmira Məmmədovaya zəruri ərzaqlar və tibbi ləvazimatlar çatdırıblar.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildiriblər.