05.05.2020
Zaqatala rayon Muğanlı kənd Mədəniyyət evinin könüllüləri “#aztəminatlıailələrədəstəkolaq” və “#ahıllaradəstəkolaq” aksiyaları çərçivəsində sosial yardıma ehtiyacları olan kənd sakinləri İbrahimova Firuzə Həbibullah qızına, Həzrəyeva Arzu Tanrıverdi qızına, 68 yaşlı Məmmədova Lətifə Murtuz qızına və 68 yaşlı Həzrəyeva İntizar Qasım qızına baş çəkərək, onlara kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.