04.05.2020
Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq onlayn solo konsert verən musiqiçilərin sayı artmaqda davam edir.
“Facebook” sosial şəbəkəsi üzərindən Oğuz rayonu Yemişənli kənd klubunun bədii özfəaliyyət kollektivinin üzvü, gənc ifaçı Ayxan Həsənovun onlayn solo konserti yayımlanıb.
“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində təqdim olunan konsertdə izləyicilərə muğamlardan və təsniflərdən ibarət ifalar təqdim olunub.