04.05.2020
Azərbaycanda koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər müvəqqəti olaraq ziyarətçilər üçün bağlanılıb.
Lakin buna baxmayaraq muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradılıb. Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində olan rayonların muzey müəssisələri tərəfindən də muzeylərə sosial şəbəkələr vasitəsilə virtual səyahətlər təşkil olunur.
Növbəti belə ekskursiyalardan biri Mirzə Fətəli Axundzadənin Şəkidəki ev muzeyindən reallaşıb.Muzeyin əməkdaşı Kəmalə Ağayevanın bələdçiliyi ilə canlı ekskursiya zamanı izləyicılər dahi mütəfəkkirin həyat və yaradıcılığı, eyni zamanda muzeydə sərgilənən eksponatlarla yaxından tanış olublar.