02.05.2020
Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor Səhər Mikayılovanın təşkilatçılığı ilə xüsusi karantin rejimi dövründə Oğuz MKS-nin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin metodisti Q. Malıyeva çıxış edərək, pandemiya dövründə əlamətdar və tarixi günlərlə bağlı onlayn tədbirlərin keçirilməsi, virtual sərgilərin və videoçarxların hazırlanması ilə bağlı metodiki tövsiyyələrini verib. Sonra MKS-nin ditektoru S. Mikayılova faşizm üzərində Böyük Qələbənin 75 illik yubileyi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı görülmüş və görüləcək işlərlə maraqlanaraq, gündəlikdə dayanan məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonda kitabxanaçıların çıxışları dinlənilməklə müzakirələr aparılıb.