01.05.2020
Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərlə yanaşı bədii qirayətçilər və kitabxanaçılar da öz çıxışları ilə mədəniyyətimizi layiqincə təmsil edirlər.
Aprelin 30-da Oğuz rayon Padar kənd klubunun əməkdaşı Məşuqə Kərimova “#EVDƏQAL” aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ” və “#MƏDƏNİYYƏTBİRLİKDİR” layihələrinə dəstək olaraq, canlı yayımda “FACEBOOK” şəbəkəsi üzərindən izləyicilərə onlayn şeir dəqiqələri təqdim edib.
Təqdimatda Məsuqə Kərimova özünün müəllifi olduğu "OĞUZ ELİM ", "TƏBRİK SÖYLƏYƏK", "HEYDƏR BABA", "AZƏRBAYCAN", "RUHUNUZLA QƏLBİMİZ”, "ULU ÖNDƏR HEYDƏR BABA" və "YOX OLSUN MÜHARİBƏ " şeirlərini səsləndirib.