30.04.2020
Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Koronavirus (COVİD-19) pandemiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə Qax rayon MKS-nin Əmbərçay kənd kitabxana filialında Qax rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiyaedici tədbirlər aparılmışdır.
Eyni zamanda Şəki Regional Mədəniyyət İdarəsinin təlimatı əsasında MKS-nin rəhbərliyi tərəfindən əməkdaşlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda, xüsusi icazə sistemindən istifadə etməklə evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.