30.04.2020
Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərlə yanaşı bədii qirayətçilər və kitabxanaçılar da öz çıxışları ilə mədəniyyətimizi layiqincə təmsil edirlər.
Aprelin 29-da Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Məhəbbət Məmmədovanın iştirakı ilə “#EVDƏQAL” aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ” və “#MƏDƏNİYYƏTBİRLİKDİR” layihələrinə dəstək olaraq, onlayn mütaliə saatı təşkil olunub.
Canlı yayımda “FACEBOOK” şəbəkəsi üzərindən izləyicilərə yeni nəşrlərdən ibarət nümunələr təqdim edib.