Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saz ifaçısı İmam Qasımov onlayn konsertlə çıxış edib

30.04.2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Şəkinin mədəniyyət müəssisələri öz fəaliyyətlərini onlayn qaydada davam etdirir.

Aprelin 29-da M F Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyət göstərən Şəki kənd Folklor Evinin metodisti saz və gitara ifaçısı İmam Qasımov  onlayn konsertlə çıxış edib.

“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Sənətinlədəstəklə” layihələri çərçivəsində keçirilən konsertdə izləyicilərə “FACEBOOK” sosial şəbəkəsi üzərindən canlı  ifalar təqdim olunub.