29.04.2020
Aprelin 29-da Qax rayon MKS-də məktəbli oxucular ilə canlı online, virtual görüş keçirilmişdir. Görüş iştirakçıları olan məktəblilərlə “ Kitab mənim dostumdur”, “Mütaliənin faydaları”, “Sən, mən, biz kitabın dostlarıyıq” mövzusunda diskusiya aparılmışdır. Virtual görüş zamanı oxucular karantin rejimi zamanı oxuduqları kitabları haqqında məlumat verməklə bərabər kitablar haqında öz fikirlərini bölüşmüşlər. Virtual görüşdə iştirakçılar Vətənə, Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirmişlər. Virtual görüşdə oxuculara oxumaq üçün kitablar təqdim olunmuş və həmin kitablar haqqında məlumat çatdırılmışdır.