Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Xaçmaz kənd kitabxana filialında dezinfeksiyaedici tədbirlər aparılıb

29.04.2020

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Koronavirus (COVİD-19) pandemiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə  Oğuz rayon MKS-nin 24 saylı kənd kitabxana filialında  Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiyaedici tədbirlər aparılmışdır.

Eyni zamanda  Şəki Regional Mədəniyyət İdarəsinin təlimatı əsasında MKS-nin rəhbərliyi tərəfindən əməkdaşlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda, xüsusi icazə sistemindən istifadə etməklə  evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.