28.04.2020
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Şəkinin gənc musiqiçisi sosial izolyasiya şəraitində olan şəhər sakinlərinə aprelin 28-də eyvandan canlı konsert verib. Şəki Regional Mədəniyyət İdarəsinin və Şəki şəhər 2№-li Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə reallaşan konsert karantin dövründə evdə qalan sakinlərdə ruh yüksəkliyi yaratmaq və onlara mənəvi dəstək olmaq üçün həyata keçirilib.
“#Evdəqal” devizi altında başladılan “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində Şəki şəhərinin mərkəzindəki çoxmənzilli yaşayış binalarından birinin eyvanında təşkil edilən konsert zamanı istedadlı gənc müğənni, Şəki şəhər 2№-li Uşaq Musiqi Məktəbinin müəllimi Hakim Əkbərov ətrafdakı binaların sakinlərinə bəstəkar və xalq mahnılarından ibarət canlı ifalar təqdim edib.
Konsert sakinlər tərəfindən rəğbətlə qarşılanıb.