28.04.2020
Aprelin 28-də saat 11:00-da Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərinin və aparat əməkdaşlarının iştirakı ilə xüsusi karantin rejimi dövründə regional idarənin müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbəti videokonfrans keçirilib.
Videokonfransda çıxış edən, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova əvvəlcə Mədəniyyət naziri Cənab Əbülfəs Qarayevin iştirakı ilə keçirilən son videokonfransda verilən tapşırıqları, faşizm üzərində Böyük Qələbənin 75 illik yubileyi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı hazırlıq işlərinin görülməsi, region üzrə müəssisələrin “Mədəniyyətimizi virtual məkanda tanıdaq” müsabiqəsinə aktivliyinin artırılması kimi gündəlikdə dayanan məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra müəssisə rəhbərlərinin çıxışları dinlənilməklə ümumi qərarlar qəbul olunub.