27.04.2020
"Koronavirus" pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Balakən səhər Usaq İncəsənət Məktəbinin muəllimləri Vaqif Dibirov, Firuddin İbrahimov və rayon Mədəniyyət Mərkəzinin mədəni təskilatcısı Elman Əzimov sosial izolyasiya şəraitində olan sakinlərə eyvandan canlı konsert veriblər.
“#Evdəqalevdəyarat” və “#Eyvanaçix” layihələri çərçivəsində şəhərin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının eyvanında təşkil edilən konsert ətrafdakı binaların sakinləri tərəfindən böyük maraqla qarşılanıb.