27.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşı Sevda Əmrahova Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat”, #sizhəmişəbizimləsiz” aksiyalarına qoşularaq, özünün ev şəraitində gigiyenik şərtlərlə tikərək hazırladığı tibbi maskaları aztəminatlı ailələrə paylayıb.