26.04.2020
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala rayonunun mədəniyyət müəssisələri öz fəaliyyətlərini onlayn qaydada davam etdirir.
Karantin günlərində Zaqatala rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Zaqatala Uşaq incəsənət məktəbinin əməkdaşları tərəfindən “#Evdəmədəniyyətimiziyaşadaq”, “#Mədəniyyətbirlikdir”, “#Evdə qalevdəyarat”, layihələri çərçivəsində canlı konsertlər təşkil olunaraq, sosial şəbəkələr vasitəsilə yayımlanıb.