Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə musiqiçilərin eyvandan canlı konserti maraqla qarşılanıb

25.04.2020

24 aprel 2020-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Elman Əzimov "Eyvana çıx" layihəsinə qoşularaq  “Qubek” otelinin eyvanında onlayn konserti təşkil etmişdir.  Talalar kənd sənətkarlıq evinin bədii rəhbəri Rasim Əliqayev və Mahamalar kənd folklor evinin bədii rəhbəri Burhan Rəşidovun da qatıldığı  konsertdə

karantin rejimi müddətində ailəsindən kənar  yaşamağa məcbur olmuş fədakar həkimlərimizə pozitiv əhval ruhiyyə bəxş etmək, ətraf binalarda yaşayan insanlara mənəvi dəstək olmaq  üçün maraqlı repertuar təqdim olunmuşdur. “Azərbaycan”, “Bayram axşamları”, "Həkim qız" və digər sevilən  mahnılar izləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Konsert  Balakən rayon İcra Hakimiyyətinin dəstəyi ilə Real tv və Az tv-nin xəbərlər proqramında işıqlandırılmışdır