25.04.2020
Aprelin 24-də saat 16:00-da mahir kamança ustası, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən B.Ələsgərova adına Folklor Klubunun metodisti, "Səbuhi" xalq calğı alətləri ansamblının bədii rəhbəri Rüstəm Xəlilməmmədov onlayn solo konsertlə çıxış edib.
“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Sənətinlədəstəklə” layihələri çərçivəsində keçirilən konsertdə izləyicilərə “FACEBOOK” sosial şəbəkəsi üzərindən canlı olaraq xalq və bəstəkar mahnılarından ibarət ifalar təqdim olunub.