25.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Sabit Rəhmanın ev muzeyinin könüllüləri Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat” aksiyası çərçivəsində özlərinin ev şəraitində gigiyenik şərtlərlə tikib hazırladıqları 50 ədəd tibbi maskanı muzeyin yerləşdiyi məhəllənin sakinlərinə paylayıblar.