02.03.2018
1978-ci ilin mart ayından başlayaraq hər ilin mart ayının birinci ongünlüyündə Şəki şəhər M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzində şəhər və kənd bədii özfəaliyyət kollektivlərinə “Novruz təranələri” devizi altında baxış-müsabiqə keçirilir. Yeniyetmə istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi idaşıyan müsabiqə bu il də 2018-ci il mart ayının 1-dən 10-a qədər davam edəcək. Baxış-müsabiqədə 1, 2, 5, 6 mart tarixlərində Təhsil şöbəsinin tabeliyində olan kənd və şəhər ümumtəhsil məktəblərinin istedadlı şagirdləri, 7, 9, 10 mart tarixlərində isə kənd və şəhər klub müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri, ali, orta ixtisas məktəblərinin istedadlı tələbələri iştirak edəcək. Artıq iki gündür ki, baxış-müsabiqə başlamışdır. Fərqlənənlər münsiflər heyəti tərəfindən müəyyən olunur. Müsabiqənin sonunda qaliblər Şəki Regional Mədəniyyət və Turizm İdarəsi, Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqlar.