24.04.2020
Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərin sayı getdikcə artmaqda davam edir .
M.F. Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Zəyzid kənd Sənətkarlıq Evinin metodisti, İstedadlı müğənni Ömər Bəkirli #evdəqal aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəmədəniyyətimiziyaşadaq” layihəsinə qoşularaq, onlayn solo konsertlə çıxış edib.
Konsert aprelin 22-də saat 14:00 da “FACEBOOK” sosial şəbəkəsi üzərindən yayımlanıb.