Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki MKS-nin 28 saylı kitabxana filialından xeyirxah addım

24.04.2020

Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət  və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Bunu nəzərə alan  Şəki MKS-nin 28 saylı kitabxana filialının müdiri Səxavət Məmmədova Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat” aksiyasına qoşularaq, özünün ev şəraitində gigiyenik şərtlərlə  tikərək hazırladığı tibbi maskaları şəhər sakinlərinə paylamışdır.