Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 2 №-li Uşaq Musiqi Məktəbinin könüllüləri növbəti qanvermə aksiyasında

23.04.2020

Qan və onun komponentlərinin donorluğu problemi ölkəmiz üçün əhəmiyyətli və milli səhiyyə sistemimiz üçün vacib məsələlərdən biri hesab olunur.

Bunu nəzərə alaraq, Şəki 2 №-li Uşaq Musiqi Məktəbinin müəllimləri Pərviz Əhmədov və Ramal Fərzəliyev COVİD-19 pandemiyasına qarşı aparılan mübarizəyə dəstək məqsədilə növbəti qanvermə aksiyası həyata keçiriblər.

Aksiyanın keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdan ibarət olub.