Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəşid bəy Əfəndiyevin ev muzeyinin könüllüləri tibbi maskalar paylayıblar

22.04.2020

Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət  və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Bunu nəzərə alan Rəşid bəy Əfəndiyevin ev muzeyinin könüllüləri Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat” aksiyasına qoşularaq, özlərinin ev şəraitində gigiyenik şərtlərlə  tikərək hazırladıqları 30 ədəd tibbi maskanı aztəminatlı şəhər sakinlərinə paylayıblar.