22.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Qax MKS-nin Qaşqaçay kənd kitabxana filialının müdiri Sədayə Səmədova Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat” aksiyasına qoşularaq, özünün ev şəraitində gigiyenik şərtlərlə tikərək hazırladığı tibbi maskaları kənd sakinlərinə paylamışdır.