Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Bucaq kənd kitabxana filialının könüllüləri yardım kampaniyasına qoşulublar

22.04.2020

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı ailələrə, imkansız şəxslərə dəstək məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin bütün strukturları tərəfindən ərzaq yardımı kampaniyası həyata keçirilir.

Növbəti aksiya zamanı Oğuz rayon MKS-nin Bucaq kənd kitabxana filialının könüllüləri yardım kampaniyasına qoşularaq, kənd sakini, tənha yaşayan Səlimova Hicran Əziz qızına baş çəkib, ona kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.