21.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Şəki şəhər 3 №-li Uşaq Musiqi Məktəbinin könüllüləri Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat” aksiyasına qoşularaq, özlərinin ev şəraitində gigiyenik şərtlərlə tikib hazırladıqları tibbi maskaları şəhər sakinlərinə paylayıblar.