21.04.2020
Zaqatala Mərkəzləşmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Azərbaycan Səninlədir” onlayn şeir müsabiqəsinə start verilib. Aprelin 20-dən may ayının 7-dək davam edəcək müsabiqədə 7-18 yaş arası məktəb şagirdləri iştirak edəcəklər. Müsabiqənin sonunda onlayn səsvermə yolu ilə müəyyən edilmiş qaliblər diplom və həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqlar.