Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalalı mədəniyyət işçisi şəhər sakinlərinə tibbi maskalar paylayıb

21.04.2020

Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət  və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Bunu nəzərə alan Zaqatala şəhər mədəniyyət evinin mədəni təşkilatçısı Gülxar Əzizova Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#evdəqalevdəyarat” aksiyasına qoşularaq, özünün ev şəraitində gigiyenik şərtlərlə  tikərək hazırladığı 100 ədəd tibbi maskanı ehtiyacı olan şəhər sakinlərinə paylamışdır.