Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Ağçay kənd kitabxanasının könüllüləri yardım aksiyasına qoşulublar

21.04.2020

Qax rayon MKS-nin Ağçay kənd kitabxana filialının könüllüləri #ahıllaradəstəkolaq, “#aztəminatlıailələrədəstəkolaq” kampaniyasına qoşularaq, kənd sakinləri, 71 yaşlı, Məmmədova Asya Ağa qızına, Mollayeva Nəzakət Məhərrəm qızına və Sofiyeva Fəxriyyə Xalid qızına baş çəkib, onlara kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.

Aksiyadan yararlanan insanlar onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə və könüllülərə minnətdarlıqlarını bildiriblər.