Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qara zurna ifaçısı Baxşəli Abdurəhmanovun onlayn konserti maraqla qarşılanıb

21.04.2020

Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, mini konsert verən sənətçilərin sayı artmaqda davam edir.

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi Oxud kənd Folklor Evinin direktoru, mahir zurna ifaçısı Baxşəli Abdurəhmanov və onun oğlu, gənc ifaçı  Samir Abdurəhmanov da “#EVDƏQAL” aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ” və “#MƏDƏNİYYƏTBİRLİKDİR” layihələrinə qoşularaq, aprelin 20-də saat 16 00 da özlərinin onlayn solo konsertini canlı olaraq “FACEBOOK” sosial şəbəkəsi üzərindən yayımlayıblar .

Konsertdə izləyicilərə qara zurnanın sədaları altında muğamlardan, rəqslərdən və xalq mahnılarından ibarət könülaçan musiqi nömrələri təqdim olunub.