Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mədəniyyət Mərkəzinin könüllüləri yardım kampaniyasında

20.04.2020

Zaqatala rayon Mədəniyyət Mərkəzinin könüllüləri (COVID-19) pandemiyası ilə mübarizə şəraitində #aztəminatlıailələrədəstəkolaq kampaniyasına qoşularaq, Zaqatala rayonu, Bazar kənd sakinləri Tamam Mustafayevaya və Heydər Pirməmmədova baş çəkib, ona kollektiv adından maddi yardım olaraq zəruri ərzaq və tibbi ləvazimatlar çatdırıblar.