20.04.2020
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, şəxsi gigiyenya diqqət və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Qax rayon Şıxlar kənd kitabxanasının əməkdaşı Kəmalə Əmrahova Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #evdəqalevdəyarat aksiyasına qoşularaq, özünün ev şəraitində gigiyenik şərtlərlə tikərək hazırladığı tibbi maskaları kənd sakinlərinə paylamışdır.