20.04.2020
Aprelin 20-də saat 16-00-da Şəkinin tanınmış zurna ifaçıları, M.F.Axunzadə adına Mədəniyyət Mərkəzi Oxud kənd Folklor Evinin direktoru Baxşəli Abdurəhmanov və gənc ifaçı Samir Abdurəhmanov canlı onlayn konsertlə pərəstişkarlarını sevindirəcəklər.
“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Sənətinlədəstəklə” layihələri çərçivəsində keçiriləcək konsertdə izləyicilərə FACEBOOK sosial şəbəkəsi üzərindən ritmik xalq musiqiləri təqdim olunacaq.