18.04.2020
Regionun tanınmış tənbur ifaçısı, Zaqatala rayon Dardoqqaz kənd Folklor Evinin müdiri Mamed Mamedov onlayn konsertini təqdim edib. Təqdimat aprelin 17-də, saat 16:00-da canlı olaraq FACEBOOK sosial şəbəkəsi üzərindən yayımlanıb.
“#Evdəqal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində təqdim olunan konsertdə sənətçinin və onun oğlu Tərlan Mamedovun ifasında bayatılar və öz bəstələrindən ibarət musiqilər səsləndirilib.