Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilib

18.04.2020

Aprelin 18-də saat 11:00-da Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərinin və aparat əməkdaşlarının iştirakı ilə xüsusi karantin rejimi dövründə regional idarənin müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbəti videokonfrans keçirilib.

Videokonfransda çıxış edən, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova əvvəlcə Mədəniyyət naziri Cənab Əbülfəs Qarayevin regional idarələrin fəaliyyəti ilə bağlı keçirilən son videokonfransda verdiyi tapşırıqları, o cümlədən:  Faşizm üzərində Böyük Qələbənin 75 illik yubileyi ilə bağlı hazırlıq işlərinin görülməsi,  region üzrə iri mədəniyyət müəssisələrinin( Heydər Əliyev Mərkəzi, Tarix-diyarşunaslıq muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Musiqi Məktəbi, Mədəniyyət Mərkəzi, Rəsm Qalereyası) sürətli internetlə təmin edilməsi, müəssisələrin “Mədəniyyətimizi virtual məkanda tanıdaq” müsabiqəsinə aktiv şəkildə qoşulmalarının təmin edilməsi kimi gündəlikdə dayanan məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İdarə rəisi daha sonra sosial şəbəkələr üzərindən fəaliyyətin daha da genişləndirilməsi, aktivliyin artırılması, izləyicilərə mədəniyyət sahəsində baş verən yeniliklərin çatdırılması, İdarənin tabe müəssisələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işlərinin davam etdirilməsi, hazırki özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı olan ahıl yaşlılara, təqaüddə olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə maddi və mənəvi yardımların davam etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində distant dərslərin keyfiyyətinin yüksəldilməsi və sair istiqamətlərdə müvafiq tapşırıq və tövsiyələrini verib.

Daha sonra müəssisə rəhbərlərinin çıxışları dinlənilməklə ümumi qərarlar qəbul olunub.