15.04.2020
Koronavirus İnfeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Bunu nəzərə alan Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları "#sizhəmişəbizimləsiz", "#evdəqalsağlamqal" aksiyasına qoşularaq, muzeyin keçmiş əməkdaşı, sosial yardıma ehtiyacı olan 69 yaşlı Sahibə İsmayılovaya baş çəkib, ona kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.