15.04.2020
Aprelin 15-də saat 11-30-da Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərinin və aparat əməkdaşlarının iştirakı ilə növbəti videokonfrans keçirilib.
İclasa sədrlik edən Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova əvvəlcə kollektivi Beynəlxalq mədəniyyət Günü münasibətilə təbrik edib. Sonra Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin keçirdiyi son videokonfranslarda verdiyi tapşırıqlar müəssisə rəhbərlərlərinin diqqətinə çatdırılıb.
Daha sonra Şəki Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işlərinin davam etdirilməsi, hazırki özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı olan ahıl yaşlılara, təqaüddə olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə maddi və mənəvi yardımlarındavam etdirilməsi, elektron xidmətlərdən daha çox istifadə edilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində onlayn distant dərslərin keçirilməsi, mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylərin onlayn fəaliyyətinin genişləndirilməsi, virtual sərgilərin təşkil olunması, videoçarxların keyfiyyətinin yüksəldilməsi və s. məsələlər müzakirə edilib.
Daha sonra müəssisə rəhbərlərinin çıxışları dinlənilməklə ümumi qərarlar qəbul olunub.