15.04.2020
Şəkinin tanınmış “Zirvə” qrupu Beynəlxalq İncəsənət Gününə həsr edilmiş onlayn konsert təqdim edib.
Qrupun rəhbəri, tanınmış ifaçı, Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə “#Evdəqal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələrinə dəstək məqsədilə keçirilən “Qədim Şəki kompozisiyası” adlı konsert sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.