23.02.2018
23 fevral 2018-ci il tarixində M.Nəsrullayev adına sənətkarlıq klubunda Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı anım günü keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 1 saylı peşə məktəbinin müəllimi F.Fərzəli şagirdlərə dəhşətli Xocalı faciəsindən danışdı. O, bildirdi ki, bu dəhşətli faciəni törədənlər öz cəzalarına çatmalıdırlar. Biz inanırıq ki, bu qan yerdə qalmayacaq. Qaçqın və məcburi köçgünlər gec-tez öz doğma torpaqlarına qayıdacaqlar.
Məktəbin şagirdləri Dünya Aslanova və Günay Səfərova “Xocalım ay Xocalım”, Nəbi Xəzrinin “Xocalıda ərik ağacı” şeirlərini söylədilər.