14.04.2020
Tanınmış müğənni, Şəki M.F. Axundzadə adına Mədəniyyət Mərkəzinin rejissoru İdris İdrisov Aprelin 15-də, saat 15-00-da canlı olaraq yayımlanacaq onlayn solo konsetinə hazırlaşır.
“#Evdəqal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində keçiriləcək konsertdə izləyicilərə FACEBOOK sosial şəbəkəsi üzərindən ən çox sevilən xalq və bəstəkar mahnılarından ibarət ifalar təqdim olunacaq.