13.04.2020
Şəkinin tanınmış vokalçısı Seymur Qasımzadə #EVDƏQAL aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ” və “#MƏDƏNİYYƏTBİRLİKDİR” layihələri çərçivəsində 13 Aprel saat 21-00-da özünün növbəti onlayn solo konsertini canlı olaraq FACEBOOK sosial şəbəkəsi üzərindən yayımlayacaq.
İlk konsertində sosial şəbəkə izləyicilərinin rəğbətini qazanmış müğənni bu konsertini COVİD-19 pandemiyası ilə mübarizədə fədakarlıq göstərən Səhiyyə, Fövqəladə hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarına həsr etdiyini bildiririb.